POLŞA: BÜTÜN FİNALÇILAR BƏLLİ OLDU

Polşanı Junior Eurovision 2020-də təmsil edəcək şəxsin müəyyən olacağı “Szansa na Sukces” adlı milli finalın biraz öncə üçüncü şousu başa çatdı, və nəticə olaraq Ala Tracz finala vəsiqə qazandı.

Alanın geridə qoyduğu iştirakçılar:

Anna Leskowska;
Konrad Repinski;
Lena Malodzinska;
Szymon Lubicki;
Dominika Glab;
Antonina Piotrowska.

Bu gün bütün müsabiqə iştirakçıları “Nağıllardan Mahnılar” oxudular.

Xatırladaq ki, Lena MarzecAgata Serwin ötən 2 həftə ərzində Böyük Finala vəsiqə qazanıblar.

Üç yarımfinal və hər birində 7 gənc müğənni, Viki Qaborun 2019-cu ildəki qələbəsindən sonra ardıcıl ikinci dəfə Polşada keçiriləcək “Junior Eurovision 2020” də Polşa təmsilçisi adı uğrunda mübarizə aparıb.Və artıq gələn həftə Böyük Finalın canlı yayımında müsabiqənin prodüserləri tərəfindən hazırlanmış orijinal mahnıları ifa edəcəklər, və qalıb müəyyən olunacaq.

Finalçılar siyahısı:

  1. Lena Marzec;
  2. Agata Serwin;
  3. Ala Tracz.

Leave a Reply