ELENI FOUREIRA ÜÇÜN MAHNILAR HAZIRDIR – ƏFSANƏ GERİ DÖNÜR?

Öz əsrarəngiz səhnə performansı ilə bugünə qədər sevərək izlənən alovlu qadın, 2018 Kipr təmsilçisi Eleni Foureira haqqında çıxan son xəbərlərdən sonra nəinki onun pərəstişkarları həm də Eurovision fanatlarının böyük sevincinə səbəb olub.

Bir neçə gün öncə yayılan xəbərlərə görə Kipr yayımçı kanalı RIK ifaçıya yenidən təklif göndərib ki, 2021-də Kipr adına müsabiqəyə qoşulsun.

Bugün isə daha bir xəbər bəlli oldu, belə ki, Tvnea.com -un açıqlamasına əsasən “Panik Records” (ifaçının çalışdığı musiqi şirkəti) menecerləri, bu məqsədlə təcili olaraq İsveçdən Afinaya gələcək, müğənni Eleni Foureira və tanınmış mahnı bəstəkarı Alex Papakonstantinou ilə (“Replay”, “Fuego” və “La La Love”) gələn həftə bir görüş keçirəcəklər.

Saytın əlavələrinə görə bəstəkar Alex bu görüşdə Eurovision 2021 üçün hazırlamış olduğu bir neçə mahnını RIK tərəfindən ediləcək ilk iclasda “PANIK Records” üçün təklif edəcək.

Sonuncu dəfə səhnəni alov altında coşdurmağı bacaran və qalibiyyətin bir addımlığında olan Foureira, sizcə bu il yenidən qatılıb istəyinə nail olacaq?

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading