NORVEÇ: RAYLEE “MELODI GRAND PRIX”-Ə GERİ DÖNÜR!?

Öz oldu-alovlu və enerjili performansı ilə çoxlarının rəğbətini və sevgisini qazanan, uzaq soyuq Skandinaviya torpaqlarında Savanna qızı, tək səhnənin hərarətini qaldıran Raylee Malmö şəhərində bəstəkarlarla birgə mahnı yazarkən wiwiblogsun kameralarına yaxalanıb.

Laurel Barker, Frazer Mac, Andreas Stone, Thomas Stengaard, Andrez Wrethov və Raylee studiyada mahnı üzərində əzmlə çalışırlar. Qeyd edək ki, adları çəkilən müəlliflər “Avroviziya” səhnəsi üçün heç də yad deyillər. Frazer adlı bəstəkar bundan əvvəl İsveçrəyə son illərin ən yaxşı nəticəsini qazandırıb, kimilərinə görə isə “male Foureira” olan Luca Hanninin əsrarəngiz və çılğın “She Got Me” və bu il Polşalı Alisyanın “Empires” adlı mahnısının müəllifidir.

Andrez isə öz dinamik və atəşli havası ilə bütün Avropanı sirkələyib, “Avroviziya”-da bir kraliçaya çevrilmiş və yarışmanın əsas simalarından biri olan Eleni Foureranın “Fuego” adlı mahnısının yazarıdır.
Yazarlardan Andreas John Lundvikin “Too Late for Love”, ” My Turn” və eyni ildə Eurovisionda 3 mahnısı səslənən yeganə qadın bəstəkar Lauell (“She got me”, “Sister” və “Bigger Than Us”) adlı mahnıların müəllifləridir.

YouTube player


Rayleenin sərbəst səhnə duruşu, ecazkar gözəlliyi və enerjili rəqsləri ilə bu möhtəşəm, hər il fanatları çoşduran mahnılar yazan bəstəkarların birləşməsi yenə dillərə dastan olacaq yeni hitin gələcəyininmi xəbərçisidir? Kim bilir. Bəlkə də ballada ilə fanatları təəccübləndirəcəklər?


Leave a Reply