Malta “Uşaq Avroviziya” mahnı müsabiqəsinin milli seçim turunun 12 finalçısının canlı çıxışlarını bugün yayımladı.Bugün TV-də premyerası olan videolar bir neçə gün əvvəl ekspert heyəti tərəfindən canlı olaraq qiymətləndirilərək qeydə alınıblar. Malta, keçən il olduğu kimi, seçim turu vasitəsilə 2020-ci il üçün təmsilçisini seçəcək. Ancaq bu dəfə namizədlər orijinal mahnılar göndərdikləri üçün, mahnını bir mərhələdə seçiləcək. PBS final üçün aşağıdakı mahnıları siyahıya almışdır:
- Leah Cauchi – Anġli;
- Leah Mifsud – Anywhere;
- Isaac Tom – Beside Me;
- Mariah Cefai – Change the Silence;
- Chanel Monseigneur – Chasing Sunsets;
- Yulan Law & Gianluca Cilia – Deck of Cards;
- Kaya Gouder Curmi – Made of Stars;
- Emma Cutajar – Modern-Day Cinderella;
- Anneka Xerri – Moving;
- Zaira Mifsud & Eksenia Sammut – Only Live Once;
- Michela Caruana – Replay;
- Mychael Bartolo Chircop – The Child From.
Mahnıları burada dinləyə bilərsiniz.
Yarışmanın qaydaları və s. haqqında PBS-in rəsmi saytından məlumat almaq mümkündür.
Eliana Gomez Blanco (JESC 2019), Michela Pace (Eurovision 2019) və Dominic Cini (müğənni və bəstəkar), 3 nəfərlik münsiflər heyətinin səslərinin və tamaşaçıların səslərinin birləşməsi ilə qalib bəlli olacaq. Həmin iştirakçı 29 Noyabrda “Uşaq Avroviziya”-da Maltanı təmsil edəcək. Xalq səsverməsi bu gündən şənbə günü, 26 Sentyabr 20:15 (Bakı) qədər, bir həftə ərzində açıq olacaq. 2020 Malta təmsilçisinin elanı, bu ayın sonunda, tamaşaçı səsvermsi bitdikdən sonra baş verəcəkdir.