GÜRCÜSTAN: “RANINA”-NIN İKİNCİ HİSSƏSİ BAŞ TUTDU

Gürcüstanın “Uşaq Avroviziya 2020” mahnı müsabiqəsi üçün “Ranina” adlı milli seçim turunun ikinci hissəsi dünən yayımlanıb. Artıq bütün 10 iştirakçı ilk çıxışlarını ediblər.

İlk 5 iştirakçı keçən həftə ilk hissə zamanı çıxış etdiyindən, qalan 5 gənc müğənni dünən səhnəyə çıxıblar.

Bütün onlar qonaq müğənnilərlə birgə ifa ediblər və ikinci hissənin nəticələri belə olub:

1. Sandra Gadelia – 116 xal (40 + 40 + 36);
2. Marita Khvedelidze – 115 xal (40 + 40 + 35);
3. Nikoloz Magradze – 114 xal (40 + 40 + 34);
3. Shio Kavsadze – 114 xal (40 + 40 + 34);
3. Veronica Shamugia – 114 xal (40 + 40 + 34).

Hal-hazırda ümumi nəticələr:

1. Rato Gelovani – 116 xal;
1. Sandra Gadelia – 116 xal;
2. Gio Gogiashvili – 115 xal;
2. Marita Khvedelidze – 115 xal;
3. Nia Khinchikashvili – 114 xal;
3. Lela Kveniashvili – 114 xal;
3. Cecily Turmanidze – 114 xal;
3. Nikoloz Magradze – 114 xal;
3. Shio Kavsadze – 114 xal;
3. Veronika Shamugia – 114 xal.

Ümumilikdə 10 həftə dəvam edəcək olan milli seçim turunda 10 gənc ifaçı qalibiyyət uğrunda yarışacaq və sonda 1 nəfər ölkəsini müsabiqədə təmsil etmek hüququ qazanacaq.

Xatırladaq ki, milli finalın növbəti buraxılışı gələn həftənin cümə günü baş tutacaq.

YouTube player

Mənbə: Eurovoix

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading