KİPR: ELENI FOUREIRA ÜÇÜN TƏKLİF GÖNDƏRİLDİ

“STAR” səhər televiziya proqramında danışılanlara görə 2018-ci ildə Eurovision mahnı müsabiqəsində Kipr üçün təmsilçi olan və indiyə qədərki ən yaxşı nəticəni əldə etmiş Eleni Foureira üçün yenidən müsabiqədə təmsilçi olmasına görə yayımçı kanal RIK tərəfindən təklif göndərilib.

YouTube player

Əlavə edilib ki, yayımçı kanalın RIK`in bu ilə olan ilk təklifidir və hələ ki, başqa heçkimə təklif göndərilməyib. Eleni Foureira tərəfindən isə hələ ki bir xəbər olmadığını və ifaçının işlədiyi musiqi label şirkəti ilə müzakirələrin edildiyi söylənilib.

Xəbərin ardıyca bəzi Yunan mənşəli xəbər saytlarında hətda artıq musiqi labeli olan PANIK`ilə ifaçı Eleni Foureira`nın razılığıa gəlindiyi göstərilir və artıq mahnı hazırlıqlarına başlanıldığı deyilir.

Leave a Reply