Avroviziya Digərləri

ELDAR, “CATCH IF YOU FALL” ADLI MAHNISININ KLİPİNİ TƏQDİM ETDİ

Mügənni, Eurovision 2011 qalibi Eldar Qasımov yeni «Catch If You Fall» («Yıxılsan Tutaram») adlı mahnısına hazırlanan klipi təqdim etdi.
Single’ın müəllifləri Söz – Eldar Qasımov , Musiqi- Fərhad Musayev, Eldar Qasımov, Ömər Əbdülkərimovdur. Mix&Mastering Fərhad Musayevə aiddir. Mahnı indiki zamanda, müasir musiqi sevənlərinin və bütün nəsillərin sevimli üslubları sayılan Emotional Pop və Swedish Pop’da yazılıb.


Mahnı cismi və ruhi çətinliklərə qalib gəlmək üçün, uzadılmış kömək əli haqqındadır. Mahnıda, ifaçı, yaxınları, doğmaları üçün, onların şikəst və yaralı vücudlarına, ruhlarına məlhəm olmaq uğrunda mübarizə etmək istəyindən, iradəsindən bəhs edir.
“I’ll catch if you fall, I’m there for you” – «yıxılsan tutaram səni, sənin üçün burdayam» mahnıdan misralar. Ümidvericidir.


Qeyd edək ki, mahnı əvvəlcə Eurovision 2020’də Azərbaycanı təmsil etmək üçün özəl hazırlanıb və ümumi yazılan mahnıların mübarizə apardığı səsvermədə Top 5-ə qədər yüksəlməyi bacarıb. Mahnının Eldar`ın ifasında olanından fərqli olaraq, ilkin versiyasında milli musiqi alətimiz balabandan da istifadə olunmuşdur.

View this post on Instagram

Eldar "Eurovision 2020" üçün hazırlanan mahnını oxudu. Eurovision 2011 qalibi Eldar Qasımov, “Catch if you Fall’ adlanan yeni mahnısını musiqi platformalarında yayımlayıb. Mahnı, əvvəlcə Eurovision 2020’də Azərbaycanı təmsil etmək üçün özəl hazırlanıb. Və Eurovision 2020 üçün yazılan mahnıların mübarəzi apardığı səsvermədə TOP5-ə qədər yüksəlməyi bacarıb. Eldarın ifasında olan mahnıdan fərqli olaraq ilkin versiyada (Eurovision versiyasında) Azərbaycan milli musiqi aləti olan balabandan da istifadə olunmuşdu. Ətraflı məlumat üçün 12xal.com saytına keçid edə bilərsiniz (link in bio). • Eldar released his new song which was written for "Eurovision 2020". Winner of Eurovision 2011 has released his new single called ” Catch if you fall”. Music video for the song will be released soon. Most importantly, the song is one of the preliminary selected songs in the internal selection process. The song, however, could pass and get to the top 5 in the selection process. But lost to Cleopatra in the final. On contrary, initial version of the song contained traditional instrument of Azerbaijan – Balaban. For more visit our website 12xal.com (link in bio). @thisiseldar @eurovision #eurovision #azeebaijan #winner #eurovision2011 #eurovision2020 #esc #catchifyoufall #eldar #eurovisionazerbaijan #12xal

A post shared by EUROVISION AZERBAIJAN 🇦🇿 (@12xal) on


“Problemlərə göz bağlayıb, özünü bilməməzliyə vurmaq çox asandır. Bəsid və qorxaqcasına. Bizim köməyimizə, bir kəlməmizə, işimizə ehtiyac duyan o qədər insan var ki, istəyirəm hər birimizdə, həyatda heç olmasa bircə dəfə, kiməsə ürəkdən kömək etmək üçün yetərincə güc və imkan olsun” – deyərək müğənni mahnısına şərh verdi.



“Catch If You Fall” musiqili klipi ACTION janrında çəkilib. Klip, cavan qızı narkotik asılılıqdan və təhlükəli əlaqələr mühitindən xilas etməyə var gücü ilə çalışan oğlanın hekayəsi haqqındadır. Bakının 4 müxtəlif lokasiyasında çəkilmişdir. Rejissor və ssenari müəllifləri: Qənbər Məmmədov, Ömər Əbdülkərimovdur. Baş rollarda: Eldar, Oxçu Şahmuradov, Marina Dar

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: