EBU: MÜSABİQƏ BU 4 ÜSULDAN BİRİ İLƏ BAŞ TUTACAQ

Duncan Laurence-in 2019-cu ildə Tel-Əvivdəki qələbəsindən sonra Hollandiya 40 il sonra Eurovision Mahnı Yarışmasını təşkil etməyə hazır oldu. Ancaq bildiyiniz kimi, bu, tam olaraq planlaşdırıldığı kimi getmədi. Koronavirusun təsiri səbəbindən 2020 Yarışması təxirə salındı. Lakin Eurovision Mahnı Müsabiqəsi 2021-ci ildə mütləq qayıdır və 22 Mayda yeni qalib mükafatını qazanacaq!

Bu sözün üzərində durmaq üçün yayımçı kanal NPO, Nos və Avrotros və Avropa Yayım Birliyi 4 üsul üzərində çalışıb

PLAN A – Normal Eurovision Qaydaları ilə

1-ci plan hərşey normal qaydada baş tutacaq 9 şoudan ibarət olacaq ki, buna məşqlər də aid olacaq. Və hərşey adi qaydada hərzamanki kimi keçiriləcək.

Bu üsulun mümkünlüyü isə ya COVİD-19 üçün vaksinin hazırlanması ilə ya da maksimum dərəcədə güvənilir bir test üsulunun olması ilə olacaq.

PLAN B – Sosial məsafə qorunmaqla müsabiqə

Rotterdamdakı Eurovision Mahnı Yarışmasında iştirak edən hər kəsin sosial məsafəni tətbiq etmələri və hər zaman bir-birlərindən 1,5 metr aralı qalmaları lazımdır. Yenə də arenada tamaşaçılar olacaq və 9 şounun hərbiri burada baş tutacaq.

A planından fərqli olaraq burada iştirak edən ölkələrin nümayəndə heyyətləri və mətbuat üzvlərinin sayları aşağıya endiriləcək. Və eyni zamanda arenada olacaq 1.5metrlik ara məsafəsinə görə əlbəttə ki tamaşaçı sayında məhdudiyyətlər olacaq ki, burada da bilet alanlar arasında püşkatma üsulu ilə seçim olacaq ki, onlar müsabiqəni arenadan izləyə bilsin. Püşkatmada adı çıxmayanların biletlərinin qiymətinin tamamı isə geri ödəniləcək. Bu barədə daha dəqiq məlumat isə 2021-in ilk aylarında məlum olacaq.

YouTube player

PLAN C – Səhayət məhdudiyyətli Eurovision Mahnı Müsabiqəsi

3-cü plan 2-ci planla eyni qalır lakin tək fərq var ki, o da iştirakçı ölkələrin istəyinə bağlı olaraq öz ölkələrindən performans göstərmələridir. Belə halda ölkədə sərt karantin olarsa ölkələrin bu üsuldan istifadə etməsi gözlənilir. Lakin Rotterdama gələ biləcək ölkələr performanslarını Ahoy arenadan birbaşa oxuyacaq və interval aktlar ilə açılış mərasimi canlı baş tutacaq.

PLAN D – Kilidlənmiş Eurovision Mahnı Müsabiqəsi

4-cü və sonuncu plan isə içlərində Eurovision fanatları üçün təxminlərimizə görə ən üzücü bir üsul hesab ediləcək ki, əgər bu üsul baş tutarsa hərkəs öz ölkəsindən performanslarını sərgiləyəcək və qalib seçiləcək. Bunu daha dəqiq isə 29 Noyabr tarixində Polşada keçiriləcək olan Uşaq Eurovision 2020 mahnı müsabiqəsində görəcəyik.

Avropa Yayım Birliyi və yayımçı kanalın son qərarı isə 2021-ci ilin ilk aylarında ictimaiyyətə təqdim olunacaq.

EBU üzvləri xatırladıblar ki, “Müsabiqə baş tutacaq və indiyə qədər ki, ən yaxşı Eurovision mahnı müsabiqəsi olacaq”

Open Up” – aparıcılarsəhnə dizaynı

Müsabiqənin şüarı 2020-ci ildə olduğu kimi bu il də “Open Up” olaraq qalacaq.

Müsabiqənin şüarı ilə birgə 2020-ci ildə müsabiqənin aparıcıları olmalı olan Chantal Janzen, Jan Smit, Edsilia Rombley və Nikkie de Jager (NikkieTutorials) yenidən müsabiqədə aparıcı olacaqları təsdiqlənib.

2020-ci ildə edilməsi planlaşdırılan lakin edilməyən səhnə dizaynı da 2021-ci ildə qurulacaq.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading