MELODİFESTİVALEN 2021 ÜÇÜN REKORD SAYDA MAHNI QƏBULU

Yarışmanın ən uğurlu ölkələrindən biri olan və öz möhtəşəm , hətta bəzən Avroviziyada yarışan mahnıların çoxundan keyfiyyətli yarım finalistləri ilə seçilən yarışmanının incisi İsveçin milli seçim turu, dillərə dastan olan Melodifestivalendə yarışmaq üçün bu il 3000-ə yaxın mahnı qəbul edilib.2018-dən bu yana, bu göstərici ən yüksək hesab olunur. Daha dəqiq, 2747 mahnı öz şansını sınayacaqdır. Mahnıların adı isə noyabr ayının sonunda ictimaiyyətə təqdim olunacaqdır.


Təkcə öz ölkəsi üçün deyil, eləcə də avropanın bir sıra ölkələrini də bəstəkar və mahnı ilə təmin edən Avropada Popun beşiyinə çevrilən İsveç gələn il üçün də iddialı gəlir. Yarışmanın icraçı prodüseri isə bu haldan məmnunluq hissi duyduğunu və hər il artan marağın müsbət bir hal olduğunu vurğulayıbdır.

YouTube player


Qeyd etməyə dəyər ki, göndərilən mahnıların heç də hamsının əsas yarışmaya çıxmağa imkanı olmayacaqdır. Xüsusi qaydalara seçilmiş mahnılar yarım finallar üçün juri və yayımçı kanal tərəfindən seçilib yarışacaqdır.


Maraqlı cəhətlərdən biri isə budur ki, festivalda yarım final üzü görməyib geri çevirilən mahnılar isə digər ölkələr tərəfindən alınıb əsas yarışda iştirak edə bilərlər. Azərbaycan üçün xüsusi əhəmiyyəti ilə seçilən bu festival dəfələrlə Azərbaycanı mahnı ilə təmin etmiş və kifayət qədər uğurlu yerlərə qaldırmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2011-ci ilin qalibi “Running Scared” adlı mahnı da festivalın əsas mərhələsinə keçməmiş, hərçənd ki final günü melodifestivalenim qalibi “Popular” adlı mahnını geridə qoyaraq yarışmanı Azərbaycana gətirə bilmişdir.
Always, Drip- Drop, When the music dies, Skeletons , X My Heart mahnılarında da isveçli bəstəkarların məhsuludur. Tək Azərbaycan deyil, Malta, Avstriya və s. kimi ölkələr dəfələrə isveçli yazarlara müraciət etmişdirlər.

YouTube player

Leave a Reply