Albaniyanın rəsmi yayım hüququ olan ictimai kanalı RTHS bugünkü açıqlamasında Albaniyanın Avroviziya musiqi yarışmasında iştirakını təsdiqləyib.
Ənənəyə sadiq olaraq Albaniya öz Avroviziya simasını Festivali Kenges milli seçim turu ilə seçəcəkdir. Festival adətən noyabr – dekabr aylarında keçirilir bu isə öz növbəsində qartallar yurdu Albaniyanı çox vaxt iştirakçısı və mahnısı ən tez bəlli edən ölkə olaraq fərqləndirir. Hazır ki pandemiya ilə əlaqədər isə yarışma mövcud qaydalara uyğun olaraq həyata keçiriləcəkdir.
Yarışmada öz peşəkar, güclü və füsunkar vokalistləri ilə seçilən Albaniyanı keçən il Arilene Ara – “Fall from the sky” – adlı mahnı ilə təmsil etməli idi . Yarışmanın yenidən baş tutması isə onun təzə bir mahnı ilə şansını ikinci dəfə yoxlayacağından xəbər verir,ən azından ölkəsini yenidən təmsil etmək əzmi hələ də sarsılmayıbsa.
Qeyd etmək lazımdır ki, müsabiqə üçün mahnı qəbulu hələ də davam edir. Yazarlar və ifaçılar öz mahnılarını oktyabr ayının 2-ə qədər Radio Tiranaya və ya festival@rtsh.al ünvanına göndərə bilərlər.