İSRAİL: MAHNI QƏBULU BAŞLADI

İsraili Avroviziya 2021-də təmsil edəcək olan Eden Alene üçün 5 Oktyabr tarixinə qədər mahnı qəbulu elan edilib.

Yayımçı kanal mahnıların Eurovision standartlarında olan, 3 dəqiqəni keçməyən bir mahnı olmasının mütləqliyini diqqətə çatdırıb.

Göndərilən mahnılar arasından 3 mərhələdə ümumilikdə 16 mahnı qəbul ediləcək ki, bu 16 mahnını xüsusi yaradılacaq münsiflər heyyətindən ibarət komitə seçəcək. Daha sonra mahnılar ictimaiyyətə təqdim olunacaq və 8 mahnı seçiləcək.

YouTube player

Seçiləcək 8 mahnı isə, 4-ü münsiflərin, 4-ü isə xalq səsverməsinin verəcəyi səsvermə əsasında bəlli olacaq.

Ardıyca 2 yarıfinal baş tutacaq və hər yarıfinaldan finala 2 mahnı vəsiqə qazanacaq. Və sonda 4 mahnı Finalda səsləndiriləcək və ən çox xal toplayacaq olan mahnı ilə Eden, İsraili Rotterdamda baş tutacaq müsabiqədə təmsil edəcək.

Xatırladaq ki, yarıfinallarda səslənəcək mahnıları Edenin oxuması mütləq deyil, yarıfinallarda mahnılar bəstəkar və musiqi yazarları tərəfindən ifa edilə bilər. Lakin Finalda hər 4 mahnını Eden’in oxuması şərtdir.

Leave a Reply