İSLANDİYA İŞTİRAKINI TƏSDİQLƏDİ!

Avroviziya 2021’də iştirakını təsdiq edən növbəti ölkə İslandiya oldu.

Yayımçı kanal RUV rəsmisinin, “Esc Today” ilə olan müsahibəsində növbəti il müsabiqəyə qoşulacaqlarını və iştirak edəcəklərini rəsmi olaraq təsdiqləyib

Ötən ilin əsas favoritlərindən olan “Think about things” mahnısı ilə çoxlarının sevimlisinə çevrilmiş Daði og Gagnamagnið növbəti il yenidən İslandiyanı təmsil edib etməməsi isə hələ ki məlum deyil.

YouTube player

İslandiyanın müsabiqədə iştirakı ilə birgə Avroviziya 2021-də iştirakçı ölkə sayı 32-ə çatdı. Onlardan 18 ölkə təmsilçisini ötən ilki təmsilçi ilə eyni saxladığı halda 14 ölkə müsabiqəyə yeni təmsilçi göndərəcək.

Xatırladaq ki, İslandiya öz təmsilçisini indiyə qədər Söngvakeppni adlı milli seçim üsulu ilə təyin edirdi. Və ehtimal olunur ki, bu il yenidən təmsilçi elə həmin üsulla seçilsin. Və belə olsa Daði, milli finala qatılmayacağını söyləyib çünki o düşünür ki, müsabiqənin təxirə salınmasında günahkar onlar deyil və bütün iştirakçılar yenidən təmsilçi olmalıdırlar.

YouTube player

Leave a Reply