Eurovision layihəsi ilə məşğul olan Yunan yayımçı kanalı ERT, şirkətin korporativ rabitə direktoru Dora Çirakinin nəzarəti altında işə başlayıb. Eurovisionfun.com saytının məlumatına görə, Stefania’nın komandası seçimini etmək üçün ERT-yə dörd mahnı təqdim edəcək.
Ötən il də Stefania ilə birgə çalışmış Yunan komanda “Dream Team” 4 mahnını hazırlanacağını və yayımçı kanal ERT’yə təqdim ediləcəyini açıqlasa da seçimin necə ediləcəyi haqqda açıqlama etməyib. Seçimin ya qapalı şəkildə ya da TV proqramında münsif və xalq səsverməsi əsasında aparılması müzakirə olunur.
İndilik məlum olan isə Oktaybr ayında Stefania, mahnı yazarları Dimitris Kontopoulos və ARCADE’in hazırlayacağı mahnıların səsyazması üçün, eyni zamanda TV proqramlarına və müsahibələrə görə, Yunanistana yollanacaq.