Rusiyanın Junior Eurovision seçim turu iştirakçıları bəlli olub.
Moskvada yerləşən Uqor Krutoy Akademiyasında baş tutan seçim turuna əsasən .Öncədən seçmələrə qatılan uşaqlardan 11 nəfər böyük finala vəsiqə qazanmışdır. İştirakçılar Rusiyanın müxtəlif regionlarından qatılmışdır. Seçimlərdən uğurla çıxan uşaqlar isə aşağıdakılardır :
- Sofia Feskova
- Arsen Sleasrev
- Artem Fokin
- Sofia Shkepu
- Artem Morozov
- Rutget Garecht
- Duet Little Z
- Sergey Filin and Veronuca Litovchenko
- Sofia Tumanova
- Genych
- Sofia Kiresonko
Junior Eurovision seçim turu Sentyabr ayının 25-də baş tutacaq. Qalib səs vermə ilə- 50 faiz tamaşaçı, 50 faiz jüri üzvləri tərəfindən verilmiş xallarla bəlli olacaq. Bütün iştirakçıların mahnıları ictimaiyyətə çatdırıldıqdan sonra tamaşaçılar üçün olan onlayn səsvermə yarış günü sona çatacaqdır.
Rusiyanı keçən il yarışda Tatyana Mezhentseva və Denberel Oozark “A time fot us” adlı mahnı ilə təmsil edərək 72 balla 13-cü olaraq yarışmanı başa vurdular. Baxmayaraq ki, juri səsverməsində 15 balla 15-ci olmuşdular,onlayn səsvermədə 57 bal toplayaraq 8-ci qərarlaşmışdılar.