“Avroviziya 2021” Böyük Finalına 250 gün qaldı!
“Avroviziya 2020” ləğv edildikdən sonra EBU, 2021-ci ildə müsabiqənin əvvəlki ilki yarışmanın keçirilməsinin nəzərdə tutulduğu Rotterdam, “Ahoy Arena”-da keçiriləcəyini elan etdi.
14 sentyabr tarixinə olan ən son məlumatlara görə, 31 ölkə iştirak etmək üçün ilkin maraq göstərib. Onlardan 18-i, Azərbaycan da daxil olmaqla, 2020-ci il təmsilçilərini yenidən seçib, 8 ölkə milli seçim turlarının 2021-ci ildə davam edəcəyini təsdiqləyibdir. 2020-ci ildə iştirakçı olan ölkələrin 10-u hələdə iştirakları barədə bir məlumat verməyib.
“Avroviziya 2021”-in yarım finalları 18 & 20 May tarixlərində keçiriləcək. Böyük Final isə 22 Mayda yayımlanacaqdır.
Bəs sizi ən çox həyəcanlandıran məqam hansıdır? Gələn ilki yarışma ilə bağlı gözləntiləriniz nədir?
Aşağıdakı şərhlər bölməsində bizə bildirin!
