İSVEÇRƏ: GJON`S TEARS “EUROVISION 2021” MAHNISININ ÜZƏRİNDƏ İŞLƏYİR

Bu ilin əvvəlində Gjon`s Tears “Eurovision 2020” mahnı müsabiqəsində İsveçrəni təmsil etmə haqqı qazanmışdı. Gjon, İsveçrəni fransızca “Répondez-moi” mahnısı ilə təmsil etməli idi, lakin COVİD-19 pandemiyası səbəbindən, təəssüf ki müsabiqə ləğv edildi.

YouTube player

Müsabiqənin ləğv olunmasının ardından İsveçrənin yayımçı kanalı SRF Gjon`s Tears-in gələn il ölkəsini yenidən təmsil edəcəyini təsdiqlədi. Bir neçə həftə sonra isə yayımçı kanal yeni mahnı üçün hazırlıqlara başlandığı xəbərini elan etdi.

Xəbərə görə, son illərdən fərqli olaraq mahnı xüsusi iclaslar yolu ilə seçiləcək hansı ki yalnız Gjon`un özünün yazdığı mahnılar deyil, digər bəstəkarların mahnıları da daxil olacaq.

Gjon bildirdi: “Mənin bir fikrim var. Mahnının yarısını alban, yarısını fransız dilində yazmaq istəyirəm. Biraz qorxuram, çünki alban dilini kifayət qədər yaxşı bilmirəm və mahnının sözlərində bütün gücü əks etdirə biləcəyimdən əmin deyiləm. Bu səbəbdən alban dilində söz yazarkən biraz daha diqqətli olmalıyam, ona görə köməyə ehtiyacım var.”

Nəhayət bugün Gjon uzun müddətdən sonra, Eurovision üçün yeni mahnı üzərində işlədiyi xəbərini instagram-hekayə hissəsində paylaşdı:

“Mən – yox müəllim, köçürməmişəm, bu dəfə oxumuşam. (növbəti Eurovision mahnısını yazarkən).”

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading