POLŞA: NÖVBƏTI FINALÇI AGATA SERWIN OLDU

Polşanı Junior Eurovision 2020-də təmsil edəcək şəxsin müəyyən olacağı “Szansa na Sukces” adlı milli finalın biraz öncə ikinci şousu başa çatdı, və nəticə olaraq Agata Serwin finala vəsiqə qazandı.

Agatanın geridə qoyduğu iştirakçılar:

Aleksandra Kedra;
Aleksandra Tracz;
Maja Biernat;
Maja Janowska;
Natalia Kosmowska;
Sandra Wawer.

Bu gün bütün müsabiqə iştirakçıları “Dinlədikləri Dünya Xitlərini” oxudular.

Xatırladaq ki, Lena Marzec ötən həftə Böyük Finala vəsiqə qazanıb.

Üç yarımfinal və hər birində 7 gənc müğənni, Viki Qaborun 2019-cu ildəki qələbəsindən sonra ardıcıl ikinci dəfə Polşada keçiriləcək “Junior Eurovision 2020” də Polşa təmsilçisi adı uğrunda mübarizə aparacaq.

Hal-hazırkı finalçılar siyahısı:

1. Lena Marzec;
2. Agata Serwin.

Leave a Reply