Polşanı Junior Eurovision 2020-də təmsil edəcək şəxsin müəyyən olacağı “Szansa na Sukces” adlı milli finalın biraz sonra 2-ci hissəsi yayımçı kanal TVP2 də saat 15:15 (CEST) baş tutacaq.
Bugün yarışacaq olan 7 nəfər aşağıdakilərdir:
1. Agata Serwin;
2. Aleksandra Kedra;
3. Aleksandra Tracz;
4. Maja Biernat;
5. Maja Janowska;
6. Natalia Kosmowska;
7. Sandra Wawer.
Finalçını Cleo, Gromee və Michal Wisniewski-dən ibarət münsiflər heyəti təyin edəcək.
Bu gün bütün müsabiqə iştirakçıları “Dinlədikləri Dünya Xitlərini” oxuyacaqlar. Hamısı çıxış etdikdən sonra münsiflər ballarını açıqlayacaq və bugünkü şounun qalibi məlum olacaq.
Xatırladaq ki, Lena Marzec ötən həftə Böyük Finala vəsiqə qazanıb.