Biraz öncə finalı baş tutan “P4 Nästa” adlı layihədə Julia Alfrida, münsiflərin xalları nəticəsində “Eurovision 2021” də İsveç təmsilçisini təyin edəcək olan “Melodifestivalen 2021” də iştirak etməyə haqq qazandı.
SVT və Sveriges Radio tərəfindən təyin olunmuş mütəxəssis münsiflər heyəti tərəfindən “Dark Doom” adlı mahnı ilə Julia Alfrida “P4 Nästa” nın 8 finalçısı arasından qalib gəlməyi bacardı.
“Dark Doom” mahnısı ilə müsabiqəni qazanmasına baxmayaraq Julia, 2021-ci ilin fevral-mart aylarında baş tutacaq “Melodifestivalen 2021” üçün yeni mahnı təqdim etməlidir.
Əlavə olaraq deyə bilərik ki, Hilde və Erik müsabiqədə izləyicilərin qalibi oldu. Ümumi nəticələrə görə isə Alicja Jern az xalq fərqi ilə 2-ci yerə layiq görüldü.