ALMANİYA: KLİP VƏ YENİ VERSİYA GƏLİR – 26 SENTYABR

Ötən həftə Alman milli seçim turu keçirildi və nəticədə Susan “Stronger With You” mahnısı ilə “Junior Eurovision 2020” də Almaniyanın ilk təmsilçisi oldu.

Ölkənin yayım şirkəti Kika, mahnı haqqında məlumat yayımlayıb. Belə ki, Milli finaldan sonra Susan və mahnının müəllifi Levent Geiger studiyada “Stronger With You” nin son versiyası üzərində işləməyə başlayıblar.

Mahnı hazır olduqdan sonra isə 26 Sentyabrda yayımlanacaq yeni klip üçün çəkilişlər başlayacaq.

YouTube player

Xatırladaq ki, Almaniya bu il “Junior Eurovision 2020” də debüt edir. Təmsilçini seçmək üçün milli seçim keçirildi. 5 fərqli iştirakçı, xüsusilə yarışma üçün prodüserlərin yazdığı 2 mahnını səsləndirdi. Nəticədə Susan “Stronger With Your” ilə müsabiqəni qazandı.

Leave a Reply