Eurovision mahnı müsabiqəsinin ən unudulmaz simalarından biri olan Loreen Netlix filimində aktyorlar arasında yer alacaq.
İsveçli məşhur pop ifaçısı “Vinterviken” adlanan filmdə Mərakeşli bir ana rolunu canlandıracaq.
2021-ci ildə yayımlanacaq olan filmdə John-John və 1966-cı ildə anadan olmuş Elisabeth arasındakı sevgidən bəhs ediləcək.
Eyni zamanda bu Loreenin iştirak etdiyi ilk Netflix layihəsi olmayacağını da unutmayın. Bundan əvvəl, bu ilin iyun ayında müğənni özünü Will Farrell-in “Eurovision Song Contest: The Story Of Fire Saga” da sınamışdı.