Ötən həftə Uşaq Eurovision 2020 üçün iştirak etmə qəbulu bitsə də Avropa Yayım Birliyinin keçdiyimiz günkü açıqlamasına əsasən iştirakçı sayı 20-yə çatana qədər iştirak etmək istəyən yayımçı kanal öz iştirakını təsdiq edə bilər.
Ardıyca Eurovision xəbər saytı escxtra.com Avstraliya yayımçı kanalı SBS ilə olan müsahibəsində bu mövzuya toxunaraq. Müsabiqəyə qatılmaq planlarının olub olmamasını soruşub.
Cavab olaraq kanalın üzvü, pandemiya ilə əlaqədar olaraq uçuşların məhdudlaşdırılmasını düşünərək belə addım atdıqlarını və Avropa Yayım Birliyinin onlara yeni format haqqında məlumatı vermədiyini söyləyib.
“Pandemiya ilə əlaqəli məhdudiyyətlər və davam edən qeyri-müəyyənlik səbəbindən SBS iyul ayında AYB-yə Avstraliyanın Junior Eurovision 2020-də yarışmayacağını bildirmişdi. Yeni format bu mərhələdə ya təsdiqlənməmiş ya da bizə bildirilməmişdi.”
Xatırladaq ki, COVID-19 pandemiyasına qəbul edilən yeni formata görə hər sənətçi öz ölkəsindəki televiziya studiyasında çıxış edəcəkdir.