Rusiya milli seçim turunun keçirilmə tarixi bəlli olub. “Junior Eurovision 2020” də Rusiyanı təmsil edəcək şəxsin məlum olacağı proqram, 25 sentyabrda baş tutacaq.
Igor Krutoy Akademiyası tərəfindən seçiləcək olan təmsilçi müsabiqədə Rusiyanı təmsil edəcək.
Yayımçı kanal VGTRK daha öncə ifaçıların qəbuluna başlanıldığını və 10 Sentyabr tarixinə qədər davam edəcəyini söyləmişdi. 25 Sentyabrda baş tutacaq milli finalın iştirakçılarının seçim prosesi isə hələ ki, davam edir.
Şou “Carousel” telekanalında yayımlanacaq. Qalib münsiflər heyəti və onlayn səsvermə yolu ilə müəyyənləşdiriləcək. Fərqli Rus mütəxəssislər jüri olaraq səs verəcək.
Xatırladaq ki, Rusiyanı ötən il Tatyana Mezhentseva və Denberel Oorzhak “A Time For Us” mahnısı ilə təmsil edərək 13-cü olmuşdular.