GÜRCÜSTAN: “RANİNA” BU GECƏ BAŞLAYIR

Bugün başlayacaq, və artıq üçüncü dəfə keçiriləcək olan şou, “Ranina” növbəti dəfə Gürcüstanın “Uşaq Avroviziya” təmsilçisini müəyyənləşdirəcək.

Ümumilikdə 10 bölüm davam edəcək olan müsabiqənin nəticələrinə əsasən müsabiqədə iştirak edən 10 gənc müğənnidən biri vətənini təmsil etmək hüququ qazanacaq.

Bu gecə bütün iştirakçıların qonaq sənətçilərlə birlikdə çıxış edəcəkləri “Ranina”-nın ilk bölümü baş tutacaq:

1. Gio Gogiashvili feat. the group Asea Sul;
2. Lela Kveniashvili feat. Liza Kalandadze performing Human (ადამიანი);
3. Marita Khvedelidze feat. Nodariko Khutsishvili;
4. Nia Khinchikashvili feat. Mebo Nutsubidze;
5. Nikoloz Maghradze feat. Nato Metonidze;
6. Rati Gelovani feat. Sandro Bibich;
7. Sandra Gadelia feat. Lela Nakeuri;
8. Sesili Turmanidze feat. the group Ialoni;
9. Shio Kavsadze feat. SALIO;
10. Veronika Shamugia feat. Kato Kvaratskhelia.

Münsiflərin siyahısı:

1. Dato Evgenidze – baş münsif;
2. Elena Kalandadze – gürcüstanlı mügənni;
3. Giorgi Asanishvili – aparıcı.

Şounun 40 dəqiqəlik uzunluğu təxmin edilir və dünənki son məşqdən sonra GPB studiyasından canlı yayımlanacaq! Saat 22:00-dan (Bakı) player.1tv.ge-də izləyə biləcəksiniz və həmçinin Facebook-da canlı yayım təşkil olunacaq. Əlavə olaraq, şou tamamlandıqdan bir neçə dəqiqə sonra rəsmi Ranina YouTube kanalında təqdim ediləcək.

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading