İspaniyanın yayımçı kanalı RTVE tərəfindən 9 yaşındakı Soleá Fernández-in 29 Noyabrda Varşavada keçiriləcək “Junior Eurovision 2020” mahnı müsabiqəsində ölkəni təmsil edəcəyini elan edildi.
Bir il əvvəl olduğu kimi Soleá xüsusi təqdimat proqramı zamanı ölkənin təmsilçisi kimi elan olundu.
Təmsilçi, keçən il İspaniyanı təmsil edən Melani ilə olduğu kimi yayımçı kanal RTVE tərəfindən seçilib.
Təqdimat zamanı Soleá:
“İspaniyanı “Uşaq Avroviziya 2020”-də təmsil etmək mənim üçün hər şeydir. Bu həmişə mənim xəyalım olub. Milyonlarla insanın qarşısında çıxış etmək inanılmazdır. Xəyalım gerçəkləşir.“
İspaniya 2003-cü ildə ilk dəfə yarışmaya qatılan ölkələrdən biri olub. Ölkə 2003-2006-cı illər ərzində 4 dəfə iştirak edib və 2004-cü ildə yarışmanı qazanmağa nail olub. Keçən il yarışmaya geri dönüb və 3-cü yeri tutmağı bacardı. Bu daima İspaniyanı ən yaxşı ölkələrdən biri halına gətirir, çünki ölkə həmişə ilk 5-liydə yer almağa nail olur.
Soleá Fernándezin 29 Noyabrda səsləndiriləcək mahnısı daha sonra təqdim ediləcək.
Mənbə: RTVE