VARŞAVA 2020: ƏVVƏLCƏDƏN ÇƏKİLMİŞ PERFORMANSLAR

Avropa Yayım Birliyinin, Uşaq Eurovision’da təmsilçilərin çıxışlarının hər bir iştirakçı ölkədəki televiziya studiyalarından birbaşa canlı göstəriləcəyi haqqında açıqlamasına baxmayaraq, bəzi mənbələr bu çıxışların hamısının əvvəlcədən yazılacağını bildirir.

Almaniyanın rəsmi eurovision saytı (eurovision.de) və İspaniyanın yayımçı kanalı (RTVE) bu ilki “Junior Eurovision” performanslarının 13-ünün də əvvəlcədən çəkiləcəyini açıqlayıb.

Eyni zamanda wiwibloggs.com tərəfindən bütün studiyaların eyni dizaynına və texniki avadanlığına sahib olacağını bildirilir.

Buna baxmayaraq, interval aktları və səsvermə nəticələri də daxil olmaqla bütün digər məqamlar Varşavadakı televiziya studiyasından canlı yayımlanacaq.

Eyni zamanda, 2013-cü ildən bəri ilk dəfə, münsiflərin səslərinin iştirakçı ölkələrdəki öz studiyalarından uzaqdan elan edəcəyi müsabiqə olacaq.

Xatırladaq ki, Ümumilikdə 13 ölkə iştiraklarını rəsmən təsdiq edib:

Almaniya;
Belarusiya;
Ermənistan;
Fransa;
Gürcüstan;
Hollandiya;
İspaniya;
Malta;
Polşa;
Qazaxıstan;
Rusiya;
Serbiya;
Ukrayna.

Mənbə: eurovision.de, wiwibloggs.com

Leave a Reply