ELDAR, EUROVISION 2020 ÜÇÜN HAZIRLANAN MAHNINI OXUDU

Eurovision 2011 qalibi Eldar Qasımov, “Catch if you Fall’ adlanan yeni mahnısını musiqi platformalarında yayımlayıb.

Bir neçə gün sonra klipini yayımlayacağı mahnı haqqında maraqlı bir fakt da var.

Mahnı, əvvəlcə Eurovision 2020’də Azərbaycanı təmsil etmək üçün özəl hazırlanıb. Və Eurovision 2020 üçün yazılan mahnıların mübarəzi apardığı səsvermədə TOP5-ə qədər yüksəlməyi bacarıb. Eldarın ifasında olan mahnıdan fərqli olaraq ilkin versiyada (Eurovision versiyasında) Azərbaycan milli musiqi aləti olan balabandan da istifadə olunmuşdu.

Xatırladaq ki, mahnının sözləri Eldar Qasımova, musiqisi: Fərhad Musayevə, Eldar Qasımova və Omar Abdulkarimova məxsusdur. Yəni, mahnı son illərdə Eurovisionda Azərbaycanı təmsil etmək üçün göndərilmiş və TOP5-ə qədər gəlmiş yeganə yerli məhsuldur.

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading