Sanremo Festivalının bədii rəhbəri Amadeus, vermiş olduğu açıqlamaya əsasən “Sanremo 2021” üçün heçbir B planının olmadığını və festivalı ləğv etməyə hazır olduqlarını söyləyib.
Daha öncə festivalın 2-6 mart 2021 tarixlərində sayca 71-ci dəfə baş tutacağı haqqında məlumat verilsə də pandemiya səbəbindən gələcəkdə baş verəcəklərin necə olacağı suallar doğurur.
Yaxınlaşmaqda olan festival haqqında suallara cavab verən bədii rəhbər söyləyib:
-Biz hələ də bilmirik Sanremo 2021 necə baş tutacaq. Bizim hal – hazırda heçbir ikinci variant kimi bir planımız yoxdur. Sanremo 2021 – “70+1 buraxılışı” ya həmişəki kimi baş tutacaq, ya da ləğv edəcəyik.
-Bütün bunlara baxmayaraq biz festivalın hazırlıqlarına başlamışıq. Bu həftənin çərşənbə axşamından etibarən Sanremo Giovani üçün mahnı qəbuluna başlamışıq. Hansı ki Sanremoda iştirak edəcək ilk 6 ifa məhz burada bəlli olacaq.
Sözlərinə əlavə olaraq, “biz optimist olmalıyıq və ümid etməliyik ki, pandemiyadan sonra baş tutacaq ən irimiqyaslı layihə məhz Sanremo olacaq” Amadeus bildirib.
Eyni zamanda təşkilatçıların açıqlamasına əsasən artıq 7 sentyabrdan etibarən musiqi label`ləri ilə danışıqlar başlayacaq. Hansı ki, artıq bir neçə təkliflər indidən təşkilatçılara gəlib. İlk Sanremo Giovani oktyabr ayında “Amasanremo” adı altında Rai 1 kanalında yayımlanacaq.
Xatırladaq ki, 17 Dekabrda baş tutacaq olan Sanremo Giovani finalında “Sanremo 2021” üçün böyük finalistlər bəlli olacaq.
Sizcə müsabiqə ləğv olunarsa İtaliya nə qərar verəcək? Müsabiqədə iştirakdan imtina edəcək yoxsa daxili seçim üsulu ilə təmsilçi seçəcək