Eurovision 2021 San Marino təmsilçisi Senhit, Eurovision 2021 üçün başlatdığı #FreakyTripToRotterdam adlı layihəsi çərçivəsində hər ay keçmiş Eurovision mahnılarını yeni stildə ifa edərək klip ilə birgə təqdim edir.
Belarus 2014 mahnısı “Cheescake” və 2003 Türkiyə mahnısı olmuş “Everyway That I can” -dan sonra bu dəfə onun seçimi 1975-ci ildə Niderlanda qalibiyyət gətirmiş günümüzdə də sevilərək dinlənilən Teach – In qrupunun “Ding-A-Dong” mahnısı oldu.
Hər 3 mahnının coveri üzərində yaradıcı rəhbəri Luca Tommassini çalışıb. Klipdə 1975-də olan ağ-qara televiziyadan rəngli dünyaya keçid izah edilib.
Nəticədə isə video klip, hər kəs bir-birinin şəxsiyyətini qorumağa və hörmət etməyə səsləyir. Klip. 2007-ci ildə Gone Baby Gone filmindəki xüsusi müstəntiq Patrick Kenzie’nin bir cümləsi ilə sona çatır: “Sizi siz edən şeylərin, seçmədiyiniz şey olduğuna hər zaman inandım.”