RAI, “SANREMO GIOVANI” ÜÇÜN MAHNI QƏBULUNA BAŞLADI

İtaliya yayımçı kanalı Rai, “Sanremo 2021” nin “Nuove Proposte” adlı hissəsi üçün 8 mahnıdan 6-nın müəyyənləşdiriləcəyi “Sanremo Giovani” adlı proqramına mahnı qəbuluna başladı.

Bütün müraciətlər buraya göndərilə bilər. Göndərmə prosesinin video təlimatı da buradan əldə oluna bilər.

Musiqili Komissiya bütün müraciətləri dinləyəcək, sonra 5 gecədən ibarət olan “AmaSanremo” proqramında mübarizə aparacaq 20 yarımfinalçını canlı seçim üsulu ilə təyin edəcək.

“Sanremo Giovani” nin son bölümü 17 dekabrda Rai1-də yayımlanacaq.

YouTube player

Xatırladaq ki, yayımçı kanal ötən ilin “Sanremo” qalibi olmuş Diodato’nu 2021 Eurovision Mahnı müsabiqəsində təmsil etməyəcəyini daha öncə bildirmişdi.

Leave a Reply