AISEL`DƏN DAHA BİR MAHNI – “SEVGİ QƏFƏSİ”

Eurovision 2018 Azərbaycan təmsilçisi Aisel Məmmədova daha bir mahnısını sevənləri üçün təqdim edib.

Karantin müddətində yerli ifaçılardan fərqli olaraq ardıcıl olaraq müxtəlif mahnılar ərsəyə gətirən və Azərbaycan musiqi bazarına yeni nəfəs verən Aisel, Azərbaycan dilində ifa etdiyi mahnıları ilə özünə yetərincə auditoriya toplamağı bacardı.

“Demə mənə neyləyim”, “Sevirəm”, “Bu bir sondur” mahnılarında olduğu kimi yeni mahnısı “Sevgi Qəfəsi”-nin də musiqisi və sözləri ifaçının özünə məxsusdur.

YouTube player

Mahnının ərsəyə gəlməsində musiqi prodüseri Emin Karim (STKHA) və kamança ifaçısı Toğrul Orucov da iştirak edib.

Leave a Reply