Daha öncə dediyimiz kimi, Bolqarıstanı 2021-ci ildə Rotterdamda təmsil edəcək olan Victoria ötən ildə olduğu kimi bu il də məşhur Bolqar-Avstryalı mahnı yazarları ilə birgə çalışır.
“Black Sea Songwriting Camp” adlanan komanda son açıqlamasında Victoria üçün mahnı hazırlıqlarına başladığını açıqlamışdı.
Bugün isə Victoria, məşhur Eurovision blogu wiwibloggs’a müsahibəsində artıq 3 mahnının hazır olduğunu bildirilib.
O eyni zamanda bir neçə ay öncə təqdim etidiyi “Alright” mahnısının ötən il Eurovision üçün hazırlanan mahnılardan biri olduğunu da inkar etməyib.
Müsahibəsində Victoria Eurovision 2018 Avstrya təmsilçisi Cesar Sampson və 2020 Almaniya təmsilçisi Ben Dolic ilə görüşdüyünü və bunun təcrübə baxımından yaxşı olduğunu vurğulayıb.
Xatırladaq ki, adı çəkilən mahnı hazırlama şirkəti bundan öncə Azərbaycanın 2019 təmsilçisi Çingiz Mustafayevin də mahnısının müəllifləridir.