ALMANİYA TƏMSİLÇİ VƏ MAHNISINI SEÇDİ

29 Noyabrda baş tutacaq 18-ci Uşaq Avroviziya mahnı müsabiqəsi üçün ilk təmsilçi və mahnı təqdim olundu!

Susan, Almaniyanı “Stronger With You” mahnısı ilə ilk dəfə müsabiqədə təmsil edəcək.

Müsabiqədə ölkəni təmsil edəcək şəxsi təyin etmək üçün hazırlanan Kika adlı proqramda 5 uşaq mübarizə aparıb:

1. Davit;
2. Leroy Kay;
3. Linnea May;
4. Malaika;
5. Susan.

Xüsusi olaraq müsabiqə üçün hazırlanan 2 mahnı üzərində 4 münsif (Martin Haas, Michele Huesmann, Max Mutzke, Levent Geiger) seçim edib. Belə ki, onlardan biri seçilmiş olan həzn ballad “Stronger With You” mahnısı, digəri isə ritmik pop janrda olan “See You Later” olub.

Xatırladaq ki, bu müsabiqə tarixində Almaniyanın ilk çıxışı olsa da bundan öncə yayımçı kanal NDR 2003, 2004, 2013, 2014 və 2019-cu illərdə qatılmaq istəsə də sonradan müsabiqədə iştirakdan imtina edib

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading