29 Noyabrda baş tutacaq 18-ci Uşaq Avroviziya mahnı müsabiqəsində Qazaxstanı təmsil edəcək şəxsin seçim mərhələsi yayımçı kanal Khabar TV tərəfindən davam edir.
Açıqlanan məlumata görə səsvermə əsasında aşağıdaki 12 nəfər seçim turunun növbəti və son mərhələsinə qədər yüksəlib:
– Saıpolda Islam ― 34 543 xal
– Adıya Burhanova ― 34 105 xal
– Jumajan Aıdana ― 33 224 xal
– Manarbekkyzy Akjibek ― 32 978 xal
– Makım Jan ― 32 678 xal
– Aıym Mukıtanova ― 32 089 xal
– Kamıla Gazızkyzy ― 31 770 xal
– Sanıya Altynbekkyzy ― 31 535 xal
– Mahınur Tursunova ― 31 282 xal
– Kusanova Nurshat ― 30 960 xal
– Tileubek Aıkerim ― 30 333 xal
– Karakat Başanova ― 29 679 xal
Finalistlər üçün mahnıları ölkənin ən yaxşı bəstəkarları hazırlayacaq və 26 sentyabrda baş tutacaq final mərhələsində münsiflərin və xalq səsverməsinin nəticələrinə əsasən qalib müəyyən olunacaq.
3-cü ildir ki, böyük həvəslə qatılan Qazaxstan ötən 2 ildə yetərincə yaxşı nəticə əldə edərək müsabiqədə uğurlu ölkələr siyahısında hallanır.
Xatırladaq ki, baş tutacaq seçim turunun münsifləri arasında Eurovision 2021 Azərbaycan nümayəndə heyyəti rəhbəri, İsa Məlikov da var.