MALTA: FİNALİSTLƏRİ BƏLLİ OLDU, GERİ DÖNƏN İŞTİRAKÇI VAR

Günün növbəti Uşaq Avroviziya xəbəri Maltadan gəldi.

Yayımçı kanal PBS-nin bugünə olan açıqlamasında 12 uşaqdan birinin bu il baş tutacaq Uşaq Avroviziya`da Maltanı təmsil edəcəyini bəyan edib:

1. Leah Cauchi – Angli;
2. Leah Mifsud – Anywhere;
3. Isaac Tom – Beside Me;
4. Mariah Cefai – Change the Silence;
5. Chanel Monseigneur – Chasing Sunsets;
6. Yulan Law and Gianluca Cilia – Deck of Cards;
7. Kaya Gouder Curmi – Made of Stars;
8. Emma Cutajar – Modern-Day Cinderella;
9. Anneka Xerri – Moving;
10. Zaira Mifsud and Eksenia Sammut – Only Live Once;
11. Michela Caruana – Replay;
12. Mychael Bartolo Chircop – The Child from Inside.

YouTube player

Yayımçı kanal PBS növbəti 2 həftə ərzində mahnıların ictimaiyyətə təqdim olunacağını, sentyabrın sonunda isə münsif və xalq səsverməsinin nəticəsinə əsasən qalibi seçəcəklərini əlavə edib.

Diqqətinizə çatdıraq ki, namizədlər arasında olan Gianluca Cilia bundan öncə ölkəsini 2017-ci ildə təmsil etmişdir. Bu dəfə isə duet ortağı Yulan Law ilə birlikdə yenidən müsabiqədə iştirak etmək üçün özünü yoxlayacaq.

YouTube player

Leave a Reply