FİNLANDİYA UMK HAQQINDA DETALLARI AÇIQLADI

Artıq 10-cu ildir ki, UMK (Uuden Musiikin Kilpailu) adlı milli seçim üsulu ilə təmsilçisini seçən Finlandiya, 2021-ci ildə baş tutacaq Eurovision mahnı müsabiqəsində ölkəni təmsil etmək istəyən şəxslərə müraciət edib.

Bugündən etibarən ifaçılar üçün qəbul açıq elan edilib və Sentyabr ayınının 9-na qədər davam edəcək.

Bundan əlavə isə yayımçı kanal YLE milli finalın haqqında bəzi detalları da açıqlayıb.

Belə ki, proqramda iştirak edəcək şəxslərin adları kanal tərəfindən yanvar ayında təqdim olunacaq və 20 fevral tarixində böyük final ilə qalib müəyyən ediləcək. Final Tampere Mediapolis televiziya studiyasında keçiriləcək və Yle TV1 və Yle Areena’da canlı olaraq nümayiş olunacaq. Sonda isə əlbəttə ki, qalib şəxs ölkəni Rotterdamda təmsil etmək hüququnu əldə edəcək.

YouTube player

Xatırladaq ki, bu il təxirə salınan 2020 Eurovision mahnı müsbiqəsində Finlandiyanı UMK2020-də qalib gəlmiş Aksel, ” Looking Back ” mahnısı ilə təmsil etməli idi. Yayımçı kanal isə Akselin 2021-ci il üçün təmsilçi olmayacağını və yenidən seçim turu təşkil edəcəyini bildirmişdi.

YouTube player

Leave a Reply