1 Sentyabr biz Eurovision fanatları üçün xüsusi bir gündür. Bugündən etibarən müsabiqənin yeni sezonu rəsmən açıq hesab edilir çünki bu dəqiqədən sonra yayımlanan hər bir mahnının Eurovisionda səslənmə potensialı vardır.
Bu günü daha da önəmli edəcək digər səbəb isə sizlər üçün 2018-ci ildən bəri çalışan 12 Xal, Eurovision Azərbaycan Fan Klubunda edilmiş dəyişikliklərdir.
Bugündən etibarən sizin qarşınıza yeni simamız ilə gəlirik hansı ki, bu yenilik özü ilə bir çox yenilikləri də gətirmiş olacaq. Onların nələrdən ibarət olacağını isə irəliləyən günlərdə biləcəksiniz.


Fikirləriniz bizim üçün önəmlidir. Aşağıda rəy bölməsindən bizə yaza bilərsiniz.