İSA MƏLIKOV – NÜMAYƏNDƏ HEYYƏTI RƏHBƏRI TƏYIN OLUNDU.

“Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin
rəhbəri təsdiqlənib. Belə ki, bu dəfə nümayəndə heyəti müsabiqəyə İsa
Məlikovun rəhbərliyi altında qatılacaq.

YouTube player


İsa Məlikov daha əvvəl “Eurovision 2009” mahnı müsabiqəsində Azərbaycanı
təmsil edərək 3-cü yerdə qərarlaşan Aysel və Araşın müsabiqəyə hazırlıq
mərhələsində iştirak edib.


O, həmçinin 2012-ci ildə Danimarkanın “Eurovision” üçün seçim turunun və
Qazaxıstanın “Eurovision 2020” uşaq mahnı müsabiqəsinin münsiflər
heyətinin üzvü olub.
İ.Məlikov “Eurovision 2020″də Azərbaycan təmsilçisi Efendini müsabiqəyə
hazırlaşdıran komandaya da rəhbərlik edib.


Qeyd edək ki, pandemiya səbəbi ilə təxirə salınan “Eurovision 2020” mahnı
müsabiqəsində Azərbaycanı “Kleopatra” mahnısı ilə Efendi təmsil etməli idi.


Təşkilatçıların təxirə saldığı beynəlxalq mahnı müsabiqəsinin gələn ilki
turunda, yəni “Eurovision 2021” mahnı şousunda Azərbaycanı təmsil etmək
üçün Efendi səhnəyə çıxacaq.

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading