
2017 Avroviziya Mahnı Müsabiqəsi — 62-ci Avroviziya Mahnı Müsabiqəsidir. Camalanın ifa etdiyi “1944” mahnısı ilə 2016 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2017-ci ildə Ukrayna müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Ukraynanın paytaxtı Kiyev şəhərində, Kiyev Beynəlxalq sərgi mərkəzində “Fərqliliyi qeyd edək” şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2017-cı ilin 9 və 11 may, final isə 13 may tarixində baş tutmuşdur.
2017-ci ildə bir illik fasilədən sonra Portuqaliya və Rumıniya müsabiqəyə geri dönmüşdür. Bosniya və Herseqovina isə maliyyə problemləri səbəbindən Kiyevdə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir. Rusiya təmsilçisi Yuliya Samoylovanın Rusiyanın Krımı zəbt etməsindən sonra 2015-ci ildə Krım yarımadasının Kerç şəhərində baş tutan konsertdə çıxış etməsi səbəbdən Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən müğənninin Ukraynaya girişinə 3 illik qadağa qoyulmuşdur. Rusiyaya Kiyevə digər bir təmsilçi göndərmək şansı verilsə də, 13 aprel 2017-ci il tarixdə Pervıy Kanal Rusiyanın Kiyevdə baş tutan müsabiqədə iştirak etməyəcəyini elan etmişdir. Ümumilikdə 42 ölkənin iştirak etdiyi Avroviziya 2017-də Portuqaliya təmsilçisi Salvador Sobral ifa etdiyi “Amar Pelos Dois” mahnısı ilə 758 xal toplayaraq qalib gəlmişdir. Bu müsabiqəyə ilk dəfə 1964-cü ildə qoşulan Portuqaliyanın Avroviziyada ilk qalibiyyəti idi. 2017-ci ildə müsabiqəni televiziya vasitəsi ilə 182 milyon tamaşaçı izləmişdir.
Maraqlı faktlar:
Müsabiqənin keçiriləcəyi məkan Beynəlxalq Sərgi Mərkəzi 11000 nəfər tamaşaçı tutumuna malik idi. Hansı ki bu ötən illərlə nisbətdə az olmasına görə narazılıqlara səbəb olmuşdu.
Salvador Sobral müsabiqədə indiyə qədər finalda ən çox xal toplayan qalib kimi qalmağı bacarır. 758 xal
Finalda Jamala səhnə aldığı zaman onun önünə üzərində Avstraliya bayrağı olan bir nəfər keçir və şalvarını aşağı edərək kameralara po*o`nu göstərir :) daha sonra kameralar başqa yeri çəkir və o sırada mühafizəçilər onu səhnədən alır. Jamala isə peşəkar davranaraq musiqisini bölmədən heçnə olmamış kimi ifa etməyə davam edir.