Avroviziya 2013

2013 Avroviziya Mahnı Müsabiqəsi — sayca 58-ci Avroviziya Mahnı Müsabiqəsidir. Lorinin ifa etdiyi “Euphoria” mahnısı ilə 2012 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2013-cü ildə İsveç beşinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin üçüncü böyük şəhəri olan Malmödə, Malmö Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2013-cü ilin 14 və 16 may, final isə 18 may tarixində baş tutmuşdur.

2012-ci ildə müsabiqəyə ev sahibliyi edən Azərbaycanla siyasi problemlər səbəbindən müsabiqədə iştirak etməyən Ermənistan bir illik fasilədən sonra 2013-cü ildə Avroviziyaya geri dönmüşdür. Bosniya və Herseqovina, Portuqaliya və Slovakiya isə maliyyə problemlərini səbəb göstərərək, Malmödə keçirilən müsabiqədə iştirakdan imtina etmişdirlər. Eyni zamanda Türkiyənin dövlət kanalı TRT müsabiqənin müəyyən qaydalarına narazaçılığını bildirərək, müsabiqədə iştirakdan imtina etmişdir. Ümumilikdə 39 ölkənin iştirak etdiyi Avroviziya 2013-də Danimarka təmsilçisi Emmili de Forest ifa etdiyi “Only Teardrops” adlı mahnı ilə 281 xal toplayaraq qalib gəlmişdir. Bu sonuncu dəfə Avroviziyada 2000-ci ildə Olsen Brothers-in təmsilində qalibiyyət əldə etmiş Danimarkanın müsabiqədə ümumilikdə üçüncü qələbəsi idi.

Maraqlı faktlar:

Səhnə mərkəzində ifaçının yuxarı qalxa bilməsi üçün platforma yaradılmışdı lakin bunu sadəcə İngiltərə iştirakçısı və interval akt zamanı Loreen istifadə etdi.

Ukraynanın təmsilçisi Zlata səhnəyə Amerikada ən uzunboylu kimi tanınan Igor Vovkovinskiy ilə birlikdə çıxmışdı. və Igor viking obrazını daşıyırdı.

14 dekabr 2012-ci ildə Türkiyənin dövlət kanalı TRT müsabiqənin müəyyən qaydalarına narazaçılığını bildirərək, ölkənin 58-ci Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlamışdır Və 2012-dən buyana iştirakdan imtina etmişdir.

Məşhur müğənni Aviici müsabiqəni arenada tamaşaçı qismində izləmişdi.

YouTube player

Leave a Reply