
2008 Avroviziya Mahnı Müsabiqəsi — sayca 53-cü Avroviziya Mahnı Müsabiqəsidir. Mariya Şerifoviçin ifa etdiyi “Molitva” mahısı ilə 2007 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2008-ci ildə Serbiya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Serbiyanın paytaxtı Belqrad şəhərində Belqrad Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2008-ci ilin 20 və 22 may, final isə 24 may tarixində baş tutmuşdur.
2008-ci ildə Azərbaycan və San-Marino ilk dəfə Avroviziyaya qoşulmuşdur. Avstriya isə sonuncu müsabiqədəki nəticələrə narazılığını bildirərək, Avroviziya 2008-də iştirakdan imtina etmişdir. Müsabiqədə ümumilikdə 43 ölkə iştirak etmişdir və bu Avroviziya tarixindəki ən yüksək göstərici idi.
Avroviziya 2008-in qalibi “Believe” mahnısı ilə Rusiya təmsilçisi Dima Bilan seçilmişdir. Bu 1994-cü ildən etibarən Avroviziyada iştirak edən Rusiyanın müsabiqədə ilk qələbəsi idi.
Maraqlı faktlar:
Yeni qaydaya əsasən səsvermədə ən çox səs toplayan 9 ölkə müsabiqənin finalına vəsiqə qazandığı halda 10-cu finalçı isə peşəkar münsif heyətinin qərarı ilə seçilirdi