Avroviziya 2001

2001 Avroviziya Mahnı Müsabiqəsi — sayca 46-cı Avroviziya Mahnı Müsabiqəsidir. Olsen Brothers duetinin ifa etdiyi “Fly on the Wings of Love” adlı mahnı ilə 2000 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2001-ci ildə Danimarka ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Danimarkanın paytaxtı Kopenhagen şəhərində Parken Stadiumda keçirilmişdir. Müsabiqə 2001-ci ilin 12 may tarixində baş tutmuşdur.

2001-ci ildə Avroviziyada son beş ildə ən aşağı nəticələr göstərmiş yeddi ölkə Avstriya, Belçika, Finlandiya, İsveçrə, Kipr, Makedoniya və Rumıniya müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə Bosniya və Herseqovina, Litva, Polşa, Portuqaliya, Sloveniya və Yunanıstan əvəz etmişdir. Bu ölkələrdən Yunanıstan iki illik, Bosniya və Herseqovina, Litva, Polşa, Portuqaliya və Sloveniya isə bir illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır. Ümumilikdə 23 ölkənin iştirak etdiyi Avroviziya 2001-də Estoniya təmsilçiləri Tanel Padar, Deyv Benton və 2XL qrupu ifa etdikləri “Everybody” adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdirlər. Bu 1994-cü ildən etibarən Avroviziyada iştirak edən Estoniyanın müsabiqədə ilk qələbəsi idi.

Maraqlı faktlar:

Müsabiqədə ötən ilki rekord yenidən qırılaraq 35.000 nəfərlik Parken stadionunda Danimarka ilkə imza ataraq ən çox qonaq qəbul edən ev sahibi olur.

AYB bu ilin ilk 15 yerini tutan ölkələr və Böyük 4-lünü (Almaniya, İspaniya, İngiltərə və Fransa) 2002-ci ildə baş tutacaq müsabiqədə iştirak edə biləcəyi bir qərar verdi.

Danimarka yayımçı kanalı CR müsabiqə baş tutacağı Parken stadionunu istifadəyə uyğun hala gətirmək üçün başda dam örtüyü olmaqla bir çox yenidən qurma işləri görmüşdü və günümüzə qədər ən böyük tutumu olan arena kimi hələ də qalır.

YouTube player

Leave a Reply