Avroviziya 2000

2000 Avroviziya Mahnı Müsabiqəsi — sayca 45-ci Avroviziya Mahnı Müsabiqəsidir. Şarlotta Nilssonun ifa etdiyi “Take Me to Your Heaven” adlı mahnı ilə 1999 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2000-ci ildə İsveç dördüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin paytaxtı Stokholm şəhərində Ericsson Globe arenasında keçirilmişdir. Müsabiqə 2000-ci ilin 13 may tarixində baş tutmuşdur.

2000-ci ildə Avroviziyada son beş ildə ən aşağı nəticələr göstərmiş beş ölkə Bosniya və Herseqovina, Litva, Polşa, Portuqaliya və Sloveniya müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə Finlandiya, İsveçrə, Makedoniya, Rumıniya və Rusiya əvəz etmişdir. Rusiya iki illik, Finlandiya, İsveçrə, Makedoniya və Rumıniya isə bir illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır. 2000-ci ildə eyni zamanda Latviya ilk dəfə Avroviziyaya qoşulmuşdur. Ümumilikdə 24 ölkənin iştirak etdiyi Avroviziya 2000-də Danimarka təmsilçiləri Olsen Brothers dueti ifa etdikləri “Fly on the Wings of Love” adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1963-cü ildə Qrete və Yörqen İnqmann duetinin təmsilində qalibiyyət əldə etmiş Danimarkanın müsabiqədə ikinci qələbəsi idi.

Maraqlı faktlar:

Avroviziya 2000-in yadda qalan məqamlarından biri İsrail təmsilçilərinin ifası idi. Ölkəni təmsil edən “PingPong” qrupu səhnədə İsrail və Suriya bayraqlarını birlikdə dalğalandırmış və performansın sonunda qrupun iki kişi üzvü öpüşmüşdürlər. Qrupun üzvləri həmin performansın əsas məqsədinin dünyaya barış və bərabərlik mesajı vermək olduğunu bildirmişdirlər.

Stokholmdakı Globen Arenada keçirilən müsabiqə tarixdə ilk dəfə 13.000 nəfər tamaşaçını qəbul edərək rekorda imza atdı.

2000-ci ildən etibarən iştirak edən bütün ölkə təmsilçilərinin mahnısından ibarət olan CD yayımlandı.

Niderlandın Enschede şəhərində yerləşən atəşfəşanlıq məmulatları fabrikdə əmələ gələn partlama səbəbindən münsiflərin bir qismini başqa münisflər əvəzlədi.

2000-ci il müsabiqəsi ilk dəfə internetdə yayımlandı.

YouTube player

Leave a Reply