
1992 Avroviziya Mahnı Müsabiqəsi— sayca 37-ci Avroviziya Mahnı Müsabiqəsidir. Karolanın ifa etdiyi “Fångad av en stormvind” adlı mahnı ilə 1991 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1992-ci ildə İsveç üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin üçüncü ən böyük şəhəri olan Malmödə “Malmömässan” arenasında keçirilmişdir. Müsabiqə 1992-ci ilin 9 may tarixində baş tutmuşdur.
1992-ci ildə Niderland bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Ümumilikdə 23 ölkənin iştirak etdiyi müsabiqədə İrlandiyanı ikinci dəfə təmsil etmək hüququ qazanan Linda Martin ifa etdiyi “Why Me?” adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1987-ci ildə Conni Loqanın təmsilində qalibiyyət əldə etmiş İrlandiyanın müsabiqədə ümumilikdə dördüncü qələbəsi idi.
Maraqlı faktlar:
Avroviziya 1992 eyni zamanda daha sonra beş müstəqil dövlətlərə parçalanan Yuqoslaviyanın müsabiqədə son iştirakı ilə yadda qalmışdır.
Müsabiqədə iştirakçı sayı 23-ə çatmışdır.
İsveç təmsilçisi Christer Bjorkman o gün ölkəsi üçün ən pis nəticə 22-ci yeri əldə etsə də illər sonra İsveç milli seçimi Melodifestival`də çalışacağında xəbərsiz idi.
Malta ingilis dilində mahnı oxuduğu üçün etiraz edilsə də ölkənin rəsmi dillərindən biri olduğu üçün iştiraka icazə verilmişdi.
1992, Yuqoslaviyanın Avroviziya Mahnı Müsabiqəsində sonuncu dəfə iştirak etdiyi il oldu.