Avroviziya 1990

1990 Avroviziya Mahnı Müsabiqəsi — sayca 35-ci Avroviziya Mahnı Müsabiqəsidir. “Riva” qrupunun ifa etdiyi “Rock Me” mahnısı ilə 1989 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1990-cı ildə Yuqoslaviya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Vatroslav Lisinski konsert zalında keçirilmişdir. Müsabiqə 1990-cı ilin 5 may tarixində baş tutmuşdur.

Ümumilikdə 22 ölkənin iştirak etdiyi müsabiqədə İtaliyanı təmsil edən dünya şöhrətli müğənni Toto Kutunyo ifa etdiyi “Insieme: 1992” adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1964-cü ildə Cilyola Çinkvettinin təmsilində qalibiyyət əldə etmiş İtaliyanın müsabiqədə 26 il sonra ikinci qələbəsi idi. 1990-cı ildə Avroviziyada səslənilən mahnıların bir çoxunun sözləri mərkəzi və şərqi Avropada həmin illərdə yeni başlayan demokratik çevrilişlərə həsr olunmuşdu.

İspanların performansı texniki problemlərlə üzləşmişdi. Əvvəlcə dəstək ifaçılar oxuya bilmədi, sonra çox erkən başladı.  Heyətin dirijoru tamamilə idarəetməni itirdi və İspan komanda səhnəni tərk etdi.  İkinci cəhd uğurlu oldu və duet beşinci sırada müsabiqəni bitirdi.

Maraqlı faktlar:

İfaçıların səhnəyə çıxmamışdan öncə efirə gedən postkartlarında ifaçıların səyahət etdikləri yerlər göstərildi buna səbəb isə 1990 Avrop Turizim İli elan edilməsi idi.

İngiltərə müsabiqə üçün seçmiş olduğu təmsilçi Emma Booth 15 yaşında olsa da, müsabiqə baş tutana qədər onun 16 yaşı olduğu üçün iştirak edə bildi.

Səsvermə sonunda qalib Toto Cutugno üzünə və saçlarına su çilədiyi üçün saç boyası tamamən axmış və üzərini batırmışdı.

YouTube player

Leave a Reply