Avroviziya 1989

1989 Avroviziya Mahnı Müsabiqəsi — sayca 34-cü Avroviziya Mahnı Müsabiqəsidir. Dünya şöhrətli müğənni Celine Dionun ifa etdiyi “Ne partez pas sans moi” mahnısı ilə 1988 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1989-cu ildə İsveçrə 32 il sonra ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Lozanna şəhərində “Palais de Beaulieu” sarayında keçirilmişdir. Müsabiqə 1989-cu ilin 6 may tarixində baş tutmuşdur.

1989-cu ildə Kipr bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Ümumilikdə 22 ölkənin iştirak etdiyi müsabiqədə Yuqoslaviya təmsilçiləri olan “Riva” qrupu ifa etdikləri “Rock Me” adlı mahnı ilə qalib gəlmişdir. İkinci yeri qazanan Böyük Britaniya təmsilçisini birincilikdən cəmi yeddi xal ayırmışdır. Bu Yuqoslaviyanın Avroviziyada iştirak etdiyi illər ərzindəki ilk qalibiyyəti idi.

Maraqlı faktlar:

İsveçrəni müsabiqədə təmsil edən Furbaz  qrupu İsveçrənin rəsmi 4 dilindən biri olan Romanş dilində ifa edən ilk təmsilçi olmuşdur.

Fransız iştirakçı Natali Pâke, cəmi 11 yaşında, İsrail müğənnisi Gili Netanel isə bir yaş böyük, 12 yaşında idi. Bundan sonra isə müsabiqədə yeni qayda verildi və iştirakçı üçün minimum yaş həddi 16 edildi.

Tie-break qaydası gətirildi. Bu isə o demək idi ki, qalib 2 nəfər və daha çox olarsa ən çox 12 xal alan əgər yenə eynidirsə ən çox 10 xal alan ölkə qalib elan ediləcəkdi.

YouTube player

Leave a Reply