
1988 Avroviziya Mahnı Müsabiqəsi — sayca 33-cü Avroviziya Mahnı Müsabiqəsidir. Conni Loqanın ifa etdiyi “Hold Me Now” mahnısı ilə 1987 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1988-ci ildə İrlandiya üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Dublin şəhərində “RDS Simmonscourt Pavilion” zalında keçirilmişdir. Müsabiqə 1988-ci ilin 30 aprel tarixində baş tutmuşdur.
1988-ci ildə müsabiqədə iştirakı planlaşdıran Kiprin seçdiyi mahnı müsabiqənin qaydalarını pozduğuna görə ölkənin müsabiqədə iştirakı baş tutmamışdır. Belə ki, Kiprin müsabiqə üçün nəzərdə tutduğu mahnı bir neçə il öncə Kipr televiziyasında səslənmişdir və müsabiqənin qaydalarına görə Avroviziyada səslənilən mahnılar yalnız səkkiz ay əvvəl təqdim edilmiş ola bilər. 1988 Avroviziya Mahnı Müsabiqəsi, müsabiqə tarixindəki ən həyəcanverici səsvermə anlarından biri və bir əfsanənin başlaması üçün ən yaxşı şəkildə xatırlanır. Ümumilikdə 21 ölkənin iştirak etdiyi müsabiqədə İsveçrəni təmsil edən dünya şöhrətli müğənni Celine Dion ifa etdiyi “Ne partez pas sans moi” adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. İkinci yeri qazanan Böyük Britaniya təmsilçisini birincilikdən cəmi bir xal ayırmışdır. Bu sonuncu dəfə Avroviziyada 1956-cı ildə Liz Assianın təmsilində qalibiyyət əldə etmiş İsveçrənin müsabiqədə 32 il sonra ikinci qələbəsi idi.
1988-ci ildə keçirilən Eurovision Mahnı Müsabiqəsində qalib gələn Céline Dion üçün beynəlxalq karyerasında dönüş nöqtəsi oldu. 1988-ci ildən əvvəl Kanadada və Fransada tanınsa da, Eurovision Mahnı Müsabiqəsi karyerasını yeni zirvələrə qaldırdı. Eurovision Mahnı Müsabiqəsində qalib gəldikdən bir müddət sonra İngilis dilində debüt edən Unison albomu üzərində işləməyə başladı.
Maraqlı faktlar:
Müsabiqə tarixində ilk dəfə nəhəng kompüterləşdirilmiş ekranlardan istifadə edildi və gələcək müsabiqələr üçün stimul oldu.
1988 Avroviziya Mahnı Müsabiqəsində gələcəyin başqa bir ulduzu da səhnəyə addımını atdı . Lüksemburqu təmsil edən Lara Fabian olduqca uğurlu bir karyera qurmağa başladı və 2000-ci ildə ” I Will Love Again” mahnısı ilə ABŞ-dakı Billboard çartlarında bir nömrəyə çatdı .