Avroviziya 1978

1978 Avroviziya Mahnı Müsabiqəsi — sayca 23-cü Avroviziya Mahnı Müsabiqəsidir. Mari Miriamın ifa etdiyi “L’oiseau et l’enfant” mahnısı ilə 1977 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1978-ci ildə Fransa müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Əvvəlki iki yarışın Kannda keçirilməsindən sonra Fransa Televiziyası onu paytaxt Parisdə keçirməyə qərar verdi.  Ölkənin paytaxtı Paris şəhərində “Palais des Congrès” sarayında müsabiqə baş tutmuşdu. Müsabiqə 1978-ci ilin 22 aprel tarixində keçirilmişdir.

1978-ci ildə on bir illik fasilədən sonra Danimarka və iki illik fasilədən sonra Türkiyə müsabiqəyə geri dönmüşdür. Bu Yunanıstan ilə Türkiyənin birlikdə iştirak etdiyi ilk Avroviziya idi. Müsabiqədə ümumilikdə 20 ölkə iştirak etmişdir və bu 23 illik müsabiqə tarixində ən yüksək göstərici idi.

İsrail mahnı müsabiqəsində ilk dəfə  İzhar Cohen & The Alphabeta tərəfindən  “A-Ba-Ni-Bi”  mahnısı ilə qalib gəldi .  Ölkə ardıcıl 12 xal`ı 5 ölkədən aldı.

Maraqlı faktlar:

İlk dəfə şounu iki nəfər təqdim etdi; Denise Fabre və Leon Zitrone.

 İlk dəfə müsabiqə Dubayda canlı yayımlandı.

İsrailin qalib gələcəyi bəlli olduqda, İordaniyanın yayım şirkəti texniki çətinlik çəkdiklərini iddia edərək canlı yayımı dayandırdı.  Bir gün sonra Belçika mahnısını (ikinci olan) qalib gələn mahnı kimi təqdim etdilər.

YouTube player

Leave a Reply