Avroviziya 1976

1976 Avroviziya Mahnı Müsabiqəsi— sayca 21-ci Avroviziya Mahnı Müsabiqəsidir. Teach-In qrupunun ifa etdiyi “Ding-a-Dong” mahnısı ilə 1975 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1976-cı ildə Niderland müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin üçüncü ən böyük şəhəri olan Haaqada, Nederlands Congresgebouw arenasında keçirilmişdir. Müsabiqə 1957 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Kori Brokkenin aparıcılığı ilə 1976-cı ilin 3 aprel tarixində baş tutmuşdur.

1976-cı ildə Avstriya üç illik, Yunanıstan isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Yunanıstanın müsabiqəyə qayıtması ilə Türkiyə Avroviziya 1976-da iştirakdan imtina etmişdir. Eyni zamanda İsveç və Malta adası maliyyə problemlərini səbəb göstərərək, müsabiqədən iştirakdan imtina etmişdirlər.

Ümumilikdə 18 ölkənin iştirak etdiyi müsabiqədə Böyük Britaniya təmsilçiləri olan Brotherhood of Man qrupu ifa etdikləri “Save Your Kisses for Me” adlı mahnı qalib gəlmişdirlər. Bu Böyük Britaniyanın Avroviziyada üçüncü qalibiyyəti idi.

Maraqlı faktlar:

Yunanıstan təmsilçisinin ifa etdiyi mahnı Türk ordusunun Kipr adasına hərbi müdaxiləsi haqqında idi.

Lixtenşteyn Biggi Bachmann’ı “Little Cowboy” mahnısı ilə göndərməyi planlasa da yayımçı kanal olmadığı üçün iştirak edə bilmədi.

İtaliya, Amerikalı aktyor Tyrone Power’in qızı Romina Power’i əri Al Bano ilə birlikdə ifa etməsi üçün müsabiqəyə göndərdi;

YouTube player

Leave a Reply