Avroviziya 1975

1975 Avroviziya Mahnı Müsabiqəsi — sayca 20-ci Avroviziya Mahnı Müsabiqəsidir. Dünyaca məşhur ABBA qrupunun ifa etdiyi “Waterloo” mahnısı ilə 1974 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1975-ci ildə İsveç müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Stokholm şəhərində Stockholmsmässan arenasında keçirilmişdir. Müsabiqə 1975-ci ilin 22 mart tarixində baş tutmuşdur.

1975-ci ildə Türkiyə Avroviziyaya ilk dəfə qoşuldu. Yunanıstan isə Türkiyənin müsabiqədəki iştirakına etiraz olaraq Avroviziya 1975-də imtina etmiş və bunu türk ordusunun 1974-cü ildə Kipr adasına hərbi müdaxiləsi ilə əsaslandırmışdır. Eyni zamanda Fransa bir illik, Malta isə iki illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Ümimilikdə isə iştirakçı sayında rekord yenidən qırılır və 19 ölkə mübarizə aparır.

1975-ci ildə daha bir səsvermə sistemi tətbiq olundu. Hər ölkədəki münsiflər, ən sevilənlərinə 12 baldan başlayaraq 10-a, ikinci sevimlilərinə 10-dan, üçüncü favoritlərinə 8-dən, dördüncü favoritlərinə 7-dən və dördüncü favoritlərinə 1-dən başlayaraq 10 ən sevilən mahnılarına 1 – 12 bal verəcəkdir.

Ümumilikdə 19 ölkənin iştirak etdiyi müsabiqədə Niderland təmsilçiləri olan Teach-In qrupu ifa etdikləri “Ding-a-Dong” adlı mahnı qalib gəlmişdirlər. Bu Niderlandın Avroviziyada dördüncü qalibiyyəti idi.

Maraqlı faktlar:

Gecənin aparıcısı Karin Falck möhtəşəm aparıcılıq bacarıqlarını ortaya qoyaraq gözəl bir gün yaşatmışdı. Ən yadda qalan an isə, mikrofona “Fransız dilində 7 xal nə idi?” deməsi oldu.

YouTube player

Leave a Reply